Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də heyvanlardır. Bəs, yuxuda it görmək nə vəd edir?
Lent.az yuxuda it görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda it görmək, yuxu sahibinin arzu və istəklərinə çatacağına işarədir. Bu, həmçinin gizli düşmənin varlığını göstərə bilər. Ətrafınızdakı dost görünüşlü düşmənlərə diqqət etməlisiniz.
Ümumiyyətlə yuxuda it görməyin müxtəlif mənaları var. Eyni zamanda yuxuda gördüyünüz itin cinsi də yuxunun fərqli yozulmasına gətirib çıxarır. Dişi it əsasən xaraktersiz qadina işarədir.
Yuxuda itin sizi qovaladığını görürsünüzsə, diqqətli olmalısınız Yuxuda itin hücum etməsi işlərinizdə sıxıntıya işarədir.
Yuxuda hürməyən it görmək ailə daxili problemləri ifadə edir. Bu yuxu başlıca olaraq ər-arvad arasındakı incikliklərdən xəbər verir. Hürməyən bir iti qucağınıza almaq həyat yoldaşınıza xəyanət edəcəyinizə işarədir.
Yuxuda hürən it görmək istəklərinizin gerçəkləşəcəyinə və xoşbəxtliyə çatacağınıza dəlalət edir. Yuxuda it hürməsi itləri sevənlər üçün yaxşı mənaya yozulur, sevməyənlər üçün isə düşmən kimi şərh olunur . İtin hürməsini eşitmək isə qəddar və həddindən artıq acgöz bir insanın xəyalpərəstin həyatına girəcəyini bildirir.
Yuxuda it sürüsü görmək xoş əlamət olaraq şərh olunur. Bu zaman yuxu sahibinin uzun müddətdir ürəkdən arzu etdiyini istəklərinə qovuşacağının xəbərçisidir.
Onu da qeyd edək ki, yuxudakı itlərin hansı rəngdə olmasından asılı olmayaraq uğurlar vəd edir.
Yuxuda ağ it görmək yuxu görən insanın dolanışıq dərdlərindən, xəstəliklərindən, borclarından qurtulacağına, işlərindəki problemlərin həll olunacağına işarə edir.
Yuxuda qara it sürüsü görmək xəyalpərəstin daha zövqlü və gözəl həyat yaşayacağın, uzun müddətdir itirdiyi rahatlığının bərpa olunması deməkdir.
Yuxuda itin dişləməsi görmək yaxşı əlamət kimi yozulmur. Əgər it yuxunuzda sizi dişləyirsə bu bəzi insanların, xüsusi ilə də iş mühitindəki insanların sizə zərəri dəyəcəyindən xəbər verir.
Yuxuda ağrının şiddəti nə qədər böyükdürsə, həyatdakı zərərinizdə o qədər böyük olacaqdır. Bu, həmçinin dostlarınızın və ya rəqabət apardığınız tanışlarınızın sizi qısqanacağı kimi yozulur.
Yuxuda itlərin döyüşdüyünü görmək rəqiblərdən qurtulmaq üçün onları bir-birinə qarşı qoymaq deməkdir. Bu yolla bəzi işlərin həll olunacağını deyə bilərik.
Yuxuda bala it görmək çox vaxt körpə uşağa yozulur. Bu sizin ya da bir başqa tanış, qohum və yaxınınızın uşaq sahibi olacağı kimi yozulur.