Useyn Boltdan bərk qaçan, 500 kq qaldıran, mühərrik yağı yeyən AYILAR...  
08 may 2021 06:12 (UTC +04:00)

Useyn Boltdan bərk qaçan, 500 kq qaldıran, mühərrik yağı yeyən AYILAR...  

Ayılar çox ağıllı və çevik heyvanlardır. Onlar tələdən yemi almaq üçün əvvəlcə tələni zərərsiz hala gətirirlər. Tələnin üzərinə qaya parçaları atıb, sonra yemi götürürlər. 

Ayilar vəhşi təbiətdə 30 ilə qədər yaşaya bilərlər. Amma Londonda bir zooparkda qonir bir ayı 47 yaşına kimi yaşayıb. 

Ayılar, həmçinin, çox sürətli qaça bilirlər - saatda 66 km sürət. Dünyanın ən sürətli adamı Useyn Boltun qaçış sürəti saatda 44 km-dir. 

Sadəcə, qütb ayısı ətyeyəndir. Digər ayılar isə həm ət, həm də yem yeyirlər. Bir ayının normalda ürəyi dəqiqədə 40 dəfə vurar. Amma qışa hazır olan bir ayıda bu 8-ə düşər. 

Ac olan ayı hər şey, hətta, təkər, yumşaq oturacaq, mühərrik yağı, kauçuk və s. yeyə bilər.

Ayılar adətən tək həyat tərzi sürürlər. 

Elm adamları Nəhəng Pandanın ayı növü olduğunu DNT nəticəsi ilə təsdiqləyib. 

Yetişkən bir ayı 500 kq-dan artıq yükü qaldıra bilər. 

Azərbaycanda ayılar əsasən Böyük Qafqaz ərazisində yayılıb. Fəsillərdən asılı olaraq Şimali Qafqazdan gəlmiş və ya ərazini tərk etmiş fərdlər ümumi saya kəskin təsir edir. Ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycanda, təxminən 500-700 fərdi mövcuddur. 

Ayı gördükdə nə etmək lazımdır? 

  • Gözünə görünməməyə çalışın 
  • Həyacanlanmadan sakitcə ordan uzaqlaşmağa çalışın 
  • Mümkündüsə, küləyi qarşınıza alın və qoxunuzun ayı çatmasına çalışın. Ayılar insan qoxusuna gəlməzlər. 
  • 2 ayaq üstə durduğunu görsəniz, qorxmayın, böyük ehtimalla havanı qoxlayaraq və ətrafa baxaraq məlumat toplayır. Əsəbi bir hərəkət eləmədən “sakitcə və yavaşca” oradan uzaqlaşın
  • Qoxunuzu 2-3 km məsafədən ala bilirlər və sizin olduğunuz bölgədən uzaq durmağa çalışırlar. Həmçinin, insan səsinə yad olduqları üçün insan səsi eşidəndə oradan uzaqlaşırlar.
  • İnsana hücum edən heyvan deyil. Sadəcə, təhlükəli bildiyi vəziyyəti aradan qaldırır. 
  • Ona yaxınlaşmağa çalışmayın
  • Bəsləməyə və yemək verməyə çalışmayın...

Əgər nə vaxtsa, ayı ilə qarşılaşsanız, bunlara əməl edin.

  • Əllərinizi qaldıraraq böyük görünməyə çalışın 
  • Sakit bir şəkildə səs çıxarın, danışın və ya mahnı oxuyun
  • Yenə sakitcə, qətiyyən danışmadan arxanızı dönmədən uzaqlaşmağa çalışın
  • Göz təmasından qaçın 
  • Gözdən itəndə diqqətlə olun, tez-tez görünüb itərsə sizi izləyir deməkdir. 
  • Ani hərəkətlər etməyin
  • Arxanızı dönərək qaçmayın
  • Bağırmayın və əsəbi davranmayın
  • Bir şeylər ataraq qorxutmağa çalışmayın. 
  • Qaçmağa başlasanız, sizin arxanızca düşüb qovacaq. Bu zaman ayıdan deyil, özünüzdən küsün...

Ayıdan qaçmaq üçün hündür ağaca çıxa bilərsiniz. Özünüzü ölülüyə vura bilərsiniz. Bu zaman təhlükəni adlatmış olacaqsınız.

 

ayi sekilleri, ayi sekli 2020

 

ayi sekilleri, ayi sekli 2020, ayi balalari sekilleri

 

ayi sekilleri, ayi sekli 2020m gulmeli ai sekli

 

ayi sekilleri, ayi sekli 2020

 

ayi sekilleri, ayi sekli 2020, ayi balalari

 

maraqli ayi sekilleri ayi sekilleri, ayi sekli 2020

# 3834
avatar

Oxşar yazılar