Çinedu, Çukveubuka və Keneçuka Oniya qardaşları və onların həyat yoldaşları
14 aprel 2021 18:27 (UTC +04:00)

Çinedu, Çukveubuka və Keneçuka Oniya qardaşları və onların həyat yoldaşları

Üç əkiz eyni gündə evləndilər, eyni vaxtda ata oldular

Nigeriyanın Nqvoo şəhərində eyni gündə evlənən üç əkiz qardaş eyni anda ata olub. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Çinedu, Çukveubuka və Keneçuka Oniya qardaşlarının 2020-ci il iyunun 6-da evləniblər. Əvvəlcə onların həyat yoldaşlarının da üçəm qızlar olduğu haqda şayiələr dolaşsa da, təsdiqlənməyib. 

10 aydan sonra üçünün də uşağı doğulub. 

“Bu, yeniyetməlik illərindən arzumuz idi və elə də oldu. Anamız da bizim eyni vaxtda evlənməyimizi arzulayırdı. Təəssüf ki, o, 2013-cü ildə vəfat etdi və bizim xoşbəxt anlarımızı görə bilmədi”, - Çinedu Oniya deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

Oxşar yazılar