Oğlunun toyunda gəlinin dodağından öpən ata hər kəsi təəccübləndirib.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Çinin bir kəndində yaşanan hadisədə ata toyda gəlininin dodağından öpüb. Səbəbi isə toya gələn qonaqlardan biri ilə etdiyi iddia olub. Oğlunun toyunda dəvətlilərdən biri ilə iddiaya girən ata, 250 manatı qazanmaq üçün gəlininin dodağından öpüb.
Qayınatanın gəlinini öpməsi sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.