Tatu etdirmək istəyənlər gərək ona qulluq qaydalarını da yaxşı bilərlər. Əks halda qaş düzəldərkən, göz çıxartmaq olar.
Fərqi yoxdur, ilk dəfə, yoxsa onuncu dəfə tatu etdirirsiniz, hər dəfə eyni diqqətlə qulluq göstərmək lazımdır. Tatu infeksiya hücumuna məruz qalan açıq yara deməkdir. Buna görə təmizlik əsas şərtdir.
Lent.az xəbər verir ki, tatunun sağalması hər kəsin dərisinin xüsusiyyətindən, yerləşdiyi nahiyədən və tatunun döyülmə texnikasından asılıdır.
Hər ustanın tatuya öz xüsusi qulluq qaydaları var, əgər tatu ustası kömək edə bilmirsə, həkimə müraciət etmək lazımdır.
Tatu etdikdən sonra qoyulan sarğıya 2-3 saat ərzində toxunmaq olmaz. Qanaması normaldır, açıq yara sayılır. Sarğını açmazdan əvvəl əlləri sabunla yumaq və salfetlə silmək lazımdır. Yara təkrar qanamasın deyə sarğı ehtiyatla açılmalıdır, əks halda dəri qopsa tatunun görünüşü pozula bilər.
Tatu antibakterial sabunla yuyulmalıdır, ona hər hansı yad cisim toxunmamalıdır. Quru salfetlə qurulanmalı, 15 dəqiqə sonra ona bir neçə damla Emu yağı sürtülməlidir. Emu yağı dərinin yeddi qatına təsir edə bilən güclü məhsul olub, həm nəm, həm yağ balansını qoruyur.