Avstraliya alimləri avtomobil idarə edərkən sərxoşluq və yuxusuzluq arasında fərqi araşdırıblar.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, tədqiqatın nəticələri göstərir ki, sərxoş vəziyyətlə və gecə beş saatdan az yuxu ilə avtomobil qəzasına düşmə ehtimalı eynidir.
Müəlliflər 61 elmi məqaləni təhlil edərək müəyyən ediblər ki, 4-5 saatdan az yuxu avtomobil qəzası riskini iki dəfə artırır. Eyni şanslar qanda spirt konsentrasiyası 0,05 ppm olan sürücülər üçün də müşahidə edilir ki, bu da tədqiq olunan ölkədə spirtin maksimal qanuni səviyyəsidir.
Bundan əlavə, risk yalnız bir gün əvvəl itirilmiş yuxunun hər saatı ilə artır. Bəzi tədqiqatlar hətta sürücünün əvvəlki gecə sıfırdan dörd saata qədər yatdığı təqdirdə qəzaya düşmə ehtimalının 15 dəfə artacağını irəli sürüb.
Hesab edilib ki, dövlət qurumları bunlara diqqət yetirməlidir. Sürücülərdən maşın sürməzdən əvvəl müəyyən qədər yatmağa üstünlük verməlidir.