SSRİ-də niyə sirkə turşusunun şüşəsi üçbucaq idi? – UNİKAL SƏBƏB
28 iyun 2021 10:10 (UTC +04:00)

SSRİ-də niyə sirkə turşusunun şüşəsi üçbucaq idi? – UNİKAL SƏBƏB

Sovet dövrü bu günün gəncliyi üçün bir çox “sirləri” geridə buraxıb. 

Lent.az bu dəfə Rusiya mediasına istinadən diqqəti SSRİ dönəmində istehsal edilən üçbucaqlı butulkalara çəkəcək.

Bu şüşə butulkalar 40-50 il əvvəl heç kimi təəccübləndirmirdi, lakin bu gün çox az adam bunun səbəbini bilir.

Adətən üçbucaqlı butulkalar sirkə turşusu üçün nəzərdə tutulurdu.

Məlumdur ki, bu gün sirkə turşusundan zəhərlənmə faktları kifayət qədərdir. Lakin sovet vətəndaşı nadir hallarda sirkə turşusundan zəhərlənərdi. Məhz bunun əsas səbəblərindən biri də elə onun şüşəsinin üçbucaqlı formada olmasında idi...

İstər dükanların piştaxtalarında, istərsə də hər birimizin evində - mətbəxində digər butulkalarla yanaşı dayanan sirkə şüşələrinə də rast gəlinir. İllər əvvəl QOST bilərəkdən sirkə turşusunun qablaşdırılmasında onu digər içkilərlə fərqləndirmək üçün üçbucaqlı formaya üstünlük vermişdi. 

Əksər hallarda turşu səhvən qəbul edilir və acı sonluqla nəticələnirdi. Sovet istehsalçıları məhz bunu nəzərə alaraq belə bir addım atmışdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8379
avatar

Rəsul SARI

Oxşar yazılar