57 yaşlı tarixçi və kolleksiyaçı Julius Urbaitis 30 ildir Şərqi Avropada fəaliyyət göstərmiş sovet "KQB" agentlərinin istifadə etdiyi casus cihazlarını toplayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kolleksiyaçı, təxminən 400 ədəd cihaz toplaya bilib.
Julius 2019-cu ildə Nyu-Yorkda “KQB muzeyi” açmağa qərar verir, lakin məlum pandemiya səbəbindən bu istəyi uğursuz alınır. Muzeyi yalnız bir il işləyib.
Muzey bağlandıqdan sonra Urbaitis kolleksiyadakı əşyaları satmağa qərar verir və
“Beverly Hills” hərracınaa çıxarır.
Hərracda qiymətlər 3 min dollardan başlayır.
Auksion evinin direktoru Kodi Frederik sovet casus cihazlarının kinematoqrafiyada çox faydalı olacağını söyləyib.
O bildirib ki, bu kiçik cihazları yaradan insanlar miniatür sənətinin öncülləri idi, lakin müasir dövrümüzdə texnoloi inkişafla bağlı onlar aktuallığını itirib.
Lent.az xarici mediaya istinadən həmin əşyalardan bir neçəsini təqdim edir:
Tərkibinə zəhər vurulmuş pnevmatik "Bolqar çətiri"
Gizli kamera və mikrofon yerləşdirilmiş qalstuk
İçərisinə xüsusi cihaz yerləşdirilmiş Kalium implant
"Violet" - sovet şifrələmə maşını
Siqaret qutusuna yerləşdirilmiş kamera
Atəş mexanizmi ilə işləyən "Ballpoint" qələmi
Güllə atan pomada
Mini kameralı üzük
Gizlin fotoçəkilişlərin daşınması üçün istifadə edilən kapsul