Şimali Koreyada yeni QADAĞA : Cins şalvar geymək OLMAZ
26 may 2021 01:27 (UTC +04:00)

Şimali Koreyada yeni QADAĞA: Cins şalvar geymək OLMAZ

Dünyaya qapalı olan Şimali Koreyada insanların həyat tərzinə məhdudiyyətlər qoyacaq yeni qadağalar qüvvəyə minib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Şimali Koreya lideri Kim Çen In, Qərb mədəniyyətinin ölkəsində nüfuzlu olmasının qarşısını almaq üçün etdiyi tənzimləmələrlə gündəmə gəlməyə davam edir.

Belə ki, Kim Çen ölkədə "aslan sa"ç tərzini və dar cins şalvarın geyinilməsini qadağan edib.

Bundan əlavə rəngli və ya ucları sivri saç düzümü, pirsinq qadağası daxil olmaqla, moda məhdudiyyətlərini pozanların cəza olaraq əmək düşərgəsinə göndəriləcəyi də bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3984
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar