Qızının geyimi ilə məktəbə gedən anadan ŞOK ADDIM
08 iyun 2021 19:54 (UTC +04:00)

Qızının geyimi ilə məktəbə gedən anadan ŞOK ADDIM

Texasda yaşayan bir qadın 13 yaşlı qızının cildinə girərək məktəbə getdiyinə görə nəzarət altına alınıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-ın Texas ştatında yaşayan ana son zamanlar məktəblərdə yaşanan şiddəti və təhlükəsizlik qaydalarında yaranan boşluqları üzə çıxarmaq məqsədi ilə maraqlı bir sosial sınaq keçirib.

Casey Qarciya adlı qadın 13 yaşlı qızının cildinə girərək məktəbə gedib.  O bütün gününü məktəbdə keçirib, hətta dərslərə də qatılıb. Müəllimlərlə danışıb, yeməkxanada vaxt keçirib. Bütün bunları edərkən baş verənləri videoya da çəkib. Günün sonunda isə onun bu hərəkətinin üstü açılıb. Ana nəzarət altına alınıb. O, özünü müdafiə üçün "Məqsədim məktəbin təhlükəsizliyini sınamaq idi" deyib.

Sonra Casey Qarciyanı sərbəst buraxıblar. O, çəkdiyi görüntüləri sosial şəbəkələrdə paylaşıb.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar