Qarğa avtobusdan yığılan pulları oğurladı - VİDEO
26 may 2022 19:56 (UTC +04:00)

Qarğa avtobusdan yığılan pulları oğurladı - VİDEO

Belarusda marşrut avtobusda qəribə hadisə baş verib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Qomel şəhərində içində heç kəsin olmadığı sərnişin avtobusdan pul oğurlanıb.

Sürücü sonuncu dayanacaqda avtobusu saxlayıb həmkarları ilə söhbət edirmiş. Bu zaman qarğa yan şüşənin açıq olduğunu görüncə içəri daxil olub. Sanki quş əvvəldən tədbirli olub. İçəridə olan pulları dimdiyinə alaraq qaçıb.

Sürücülər bir də görüblər ki, qarğa dimdiyində pul avtobusdan çıxdı. Dərhal qarğanı təbiq etməyə başlayıblar. Sürücünün dediklərinə görə, təxminən 30-40 metrdən sonra qarğa pulun yarı hissəsinə yerə atıb:

“Mən pulları yığmağa başladım, digər sürücülər onu qovmaqda davam etdi. Quş 30 metr uçduqdan sonra qalan pulları da yerə atdı. Yerdən ümumilikdə 120 rubl topladıq”.

 

# 2385
avatar

Rəsul SARI

Oxşar yazılar