Qaralan bananı düyünün içinə qoyun -  ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
29 aprel 2021 19:46 (UTC +04:00)

Qaralan bananı düyünün içinə qoyun - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Düyüdən bir çox ləzzətli yeməklər hazırlayırıq. Mətbəxdən kənarda da düyüdən istifadə edərək faydalanmaq olar.

Lent.az xarici KİV-ə istinadən düyüdən yararlana biləcəyimiz bəzi ipucları təqdim edir: Məsələn, suya düşən telefonun nəmini düyü ilə çəkmək kimi. Məhz telefondan nəmin çəkilməsinə səbəb düyünün quru olması və suyu özünə hopdurmasıdır. Eyni şeyi paltar dolablarımıza da tətbiq edə bilərik.

Adətən, qapalı yerlərdə nəmlik olur və kif iyi gəlir. Bu xoşagəlməz qoxunun paltarlarınıza hopmasının qarşısını almaq üçün dolabın içinə bir qaba qoyduğunuz düyü yerləşdirə bilərsiniz.

Düyü otaqdakı nəmi də özünə çəkdiyindən, onu həm də hava təravətləndiricisi kimi istifadə edə bilərsiniz. Düyüyə təbii bitki yağlarından damcıladıb qoymaqla otağın gözəl qoxumasını təmin edə bilərsiniz.

Bananın tez qaralan meyvə olduğunu bilirik. Düzdür, yemək üçün yararlı olsa da, qabığının qəhvəyi rəng alması ondan vaz keçməyimizə imkan yaradır. Bəzilərimiz hətta bananın qaraldığını görüb onu zibil qutusuna da atırıq. Amma indi təqdim edəcəyimiz ipucu ilə artıq qaralmış bananları atmağa ehtiyac qalmayacaq. Belə ki, düyü olan torbanın içinə bananı qoyun. Daha sonra bu torbanı soyuducuya yerləşdirin. Amma diqqət edin, torbanın ağzı möhkəm bağlansın. Bananı torbada bir saat saxlayın. Bir saatdan sonra bananları düyü dolu torbadan çıxarın və saç qurutma maşını ilə qurudun. Banan yenidən saralmağa başlayanda çox təəccüblənəcəksiniz.

 

 

 

 

Rəngi qaralan bananı düyünün içinə qoyun

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5277
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar