Bu il "Qalatasaray" tribunalarında daimi yer alan Hadisəyə ulduz futbolçu Mertens çağırış edib. Gözəl estrada müğənnisi hələ də bu çağırışa cavab verməyib.
Lent.az Türkiyə KİV-nə istinadən bildirir ki, çempionluğa gedən “Qalatasaray” bu mövsüm meydanda olduğu kimi meydandankənar hadisələri ilə də diqqət çəkib. Futbolçuların bir çoxunun adı türk gözəlləri ilə çəkilib.
“Qalatasaray”ın dünyaca məşhur adları bu mövsüm məşhur gözəlləri tribunalara çəkməyi bacarıb. Onlardan biri də müğənni Hadisə olub. Sarı-qırmızılıların oyunlarını yaxından izləyən Belçika əsilli gözəl müğənni belçikalı Mertens və həyat yoldaşı ilə yaxın dost olub.
Hadisə ilə dostluqlarını davam etdirən Mertens və ailəsi həm tribunalarda, həm də İstanbul gecələrində dəfələrlə meydana çıxıb.
Hazırda "Qalatasaray"da sevilən və "Aşkın olayım" mahnısı ilə tanınan İkardini qısqanan Mertens yaxın dostu Hadisədən onun üçün xüsusi mahnı hazırlamasını istəyib. Hadisə hələ bu məsələyə cavab verməsə də, Mertensin çox israr etdiyi öyrənilib.