Polisin  DƏHŞƏTLİ SƏHVİ  : Günahsız adamı öldürdülər
10 aprel 2023 13:45 (UTC +04:00)

Polisin DƏHŞƏTLİ SƏHVİ : Günahsız adamı öldürdülər

ABŞ-ın Nyu-Meksiko ştatının Farminqton şəhərinin polisinə məişət zorakılığı barədə məlumat daxil olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ərazi mühasirəyə alındıqdan sonra evin sahibi 52 yaşlı Robert Dotson əlində silahla qapıya gəlib.

Onu silahlı görən polis atəş açıb. Dotson aldığı xəsarətlərdən həyatını itirib. Silah səsini eşidən Dotsonun həyat yoldaşı Kimberli Cons Dotson da onun silahını götürüb.

Kimberli Dotson oğru və ya təcavüzkar olduğunu düşündüyü polisə atəş açıb. Lakin onların polis olduğunu anlayanda silahını yerə atıb. Evə daxil olan polis qrupları Dotsonun qapının qarşısında öldüyünü anlayıb. Polis qarşı evə getməli idi, onlar səhv ünvana göndərildiyini və Dotsonun ölümünün faciə olduğunu açıqlayıblar. Hadisəyə görə məsuliyyət daşıyan 3 polis əməkdaşı vəziyyət aydınlaşana qədər vəzifələrindən uzaqlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665
avatar

Fidan İlqar

Oxşar yazılar