Pişik sahibini qəfil ölümdən qurtardı
25 avqust 2022 08:11 (UTC +04:00)

Pişik sahibini qəfil ölümdən qurtardı

Pişiklərin necə həssas olduğunu hamı bilir. Hətta bu canlılar sahiblərinin xəstələndiyini də duya bilirlər.

Lent.az-ın xəbərinə görə, Britaniyanın Birminqhem şəhərində yaşayan qadını da pişik xilas edib. 

Belə ki, 42 yaşlı qadın gecə yatarkən kəskin şəkildə xırıldadığı üçün pişik onun üzərinə çıxaraq miyoldamağa başlayıb. Qadın səhərə yaxın yuxudan ayıldıqda yerindən tərpənə bilməyib. Anasının köməyi ilə xəstəxanaya gedən qadına yüngül infarkt diaqnozu qoyulub. Bildirilib ki, yuxudan ayılmasa daha böyük fəsad ola bilərdi.

Qadının açıqlaması isə həkimləri şoka salıb. O bildirib ki, sağ tərəfində ağrı hiss edib, pişik də onun sağ qulağına miyoldayıb. Xaraktercə sakit olan bu pşik ilk dəfə belə aqressiv davranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547
avatar

Oxşar yazılar