Amerikanın pivə zavodu Samuel Adams Boston Brewery, pandemiya dövründə pub və restoranlara ziyarətçi sayını artırmaq üçün bir pulsuz pivə təşəbbüsü ilə çıxış edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə zavodun saytında məlumat yayılıb.
Pivə almaq üçün aksiyanın iştirakçısı koronavirusa qarşı peyvəndlənməli, fotoşəkili “Twitter” və ya “Instagram”da yerləşdirməlidir. Və əsas odur ki, paylaşımı #shotforsam hashtagı ilə qeyd etməlidir.
Şəxsi məlumatların qorunması üçün tibbi peyvənd kartının göstərilməsi qadağandır.
Qaydalara əməl olunarsa, Samuel Adams Boston Brewery, iştirakçıya Cash tətbiqi üçün 7 dollar göndərəcəkdir.
Təşəbbüsə 21 yaşı tamam olan ABŞ vətəndaşlarının hamısı qoşula bilər. Aksiya mayın 15-dək davam edəcək.