Braziliyanın Enkantado şəhərində inşa edilən İsa Məsihin yeni heykəli Rio-de-Janeyrodakı məşhur abidədən (postamenti ilə birgə 38 metr) hündür olacaq.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, BBC teleradio şirkətinin məlumatına görə, yeni abidənin hündürlüyü postamenti ilə birgə 43 metrdir, bu da onu İsa Məsihin dünyadakı üçüncü ən hündür heykəli edəcək. O, bu göstəriciyə görə yalnız peyğəmbərin İndoneziyadakı (52,55 metr) və Polşadakı (52,5 metr) heykəllərindən geri qalacaq. Abidənin daxilində turistləri 40 metr hündürlükdə yerləşən müşahidə meydançasına çıxarmaq üçün lift quraşdırılacaq.
İsa Məsihin ən hündür üçüncü heykəli
Heykəlin tikintisi 2019-cu ildə başlayıb. Aprel ayının əvvəlində abidənin əlləri və başı quraşdırılıb. İsa Məsihin yeni heykəlinin ucaldılması ideyası Enkantado şəhərinin mart ayında COVID-19 infeksiyası səbəbindən vəfat edən meri Adroaldo Konzattiyə məxsusdur.
Layihənin bu il tamamlanması gözlənilir. Tikinti işlərinə Məsihin Dostları Assosiasiyası və sabiq merin oğlu Hilson Konzatti rəhbərlik edir. Abidənin inşası fərdi şəxslərin və kompaniyaların ianəsi hesabına maliyyələşir.
İsa Məsihin ən hündür üçüncü heykəli