Ədviyyatlar yeməklərin dadını yaxşılaşdırmaqla yanaşı, bir çox xəstəliklərin effektiv profilaktikası kimi də qiymətləndirilir. Buna görə də onları mütləq pəhrizinizə daxil etməlisiniz. Mütəxəssislər qida rasionunda mütləq olmalı olan sağlamlıq üçün ən faydalı, qiymətli ədviyyatların və tərəvəzlərin siyahısını tərtib ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Boqdana Voloşinoviç "İnstagram"da məlumat verib.
Ədviyyatlar bədəndə antioksidant kimi fəaliyyət göstərir. Yəni onlar zərərli hüceyrələrin böyüməsini ləngidir və hətta cavanlaşmağa da kömək edə bilirlər. Bunlar zərərli bakteriyalarla mübarizə aparan güclü antiinflamatuar və antiviral qidalardır.
Həmin tərəvəz və ədviyyatları təqdim edirik:
Dəfnə yarpağı - çoxlu faydalı maddələr ehtiva edən təbii antiseptikdir. Həzmi yaxşılaşdırmağa, şişkinliyi aradan qaldırmağa, yuxunu normallaşdırmağa və tənəffüs yollarını təmizləməyə kömək edir. Toksinləri effektiv şəkildə aradan qaldırır.
Zəncəfil - qan dövranını normallaşdırır. Həzm sisteminin sağlamlığını yaxşılaşdırır və miqrenləri "müalicə edir".
Sarımsaq - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qaraciyəri qoruyur və immunitet sistemini gücləndirir. Sarımsaq qan şəkərinin səviyyəsini aşağı salır. Bu, bir neçə növ xərçəngin qarşısının alınmasıdır.
Reyhan - beyinə qan axını yaxşılaşdırır, spazmolitik və rahatlaşdırıcı təsir göstərir. Diaforetik və qızdırmasalıcıdır, həmçinin antibakterial təsir göstərir.
Oregano - sakitləşdirir, dərinin vəziyyətini yaxşılaşdırır və səpgilərlə mübarizə aparmağa kömək edir, saç quruluşunu bərpa edir.