Keçmiş model gündə iki dəfə cinsi əlaqədə olması sayəsində arıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 41 yaşlı Karla Belluççi 4 uşaq dünyaya gətirdikdən sonra kökəlməyə başlayıb.
Model “Ərimə görə özümü hələ də seksual hiss edirdim, amma dərindən xoşbəxt deyildim” deyib. Britaniyalı model arıqlamaq üçün idman etməyə, yeməyinin miqdarına nəzarət etməyə, həmçinin əri ilə daha müntəzəm cinsi əlaqədə olmağa başlayıb.
Belluççi idman salonlarını tanımır və seksin formada qalmağın ən yaxşı yolu olduğuna inanır:
“İdman proqramlarına pul xərcləyən bütün analar pulun geri qaytarılmasını tələb etməlidirlər. Mən həqiqətən başa düşmürəm. Sadəcə gündə iki dəfə cinsi əlaqədə olun və bu, fiqurunuza böyük təsir göstərəcək”.
Model çox səy göstərmədən bədənini əvvəlki formasına qaytara bilib. “Mənim cədvəlimdə seks üçün həmişə vaxt var. Qızım Blu tez yatır, sonra mən ərimlə vaxt keçirirəm”, deyə izah edib.
Belluççi arıqlamaq istəyənlərə yemək miqdarına nəzarət etməyi, həmçinin daxili nizam-intizamı inkişaf etdirməyi tövsiyə edir:
“Dostlarınızla oturub qızlar haqqında qeybət etməyi, sosial mediada onlara casusluq etməyi dayandırın və xoşbəxt olun”.