Avstraliyanın Qold-Kosta şəhərindən olan 20 yaşlı Mikaela Testa “OnlyFans”da açıq-saçıq görüntülərini sataraq böyük bir qazanc əldə edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qızın gəliri ayda 162 min dollardan çoxdur. Ancaq qız bir sirrini indiyədək gizlədib..
Mikaela 1,2 milyon izləyicisi olduğu “Instagram” səhifəsində uzun müddət qanunsuz maddələrin istifadəsinə səbəb olan bir zehni xəstəliyə yoluxduğunu etiraf edib. Dediyinə görə, o dövrdə dostları və sevgililəri ona pis təsir ediblər.
“16 yaşdan 19 yaşa qədər çoxlu dərman qəbul etmişəm. Bu maddələrin müntəzəm istifadəsi səbəbindən ruhi xəstəliklərə tutulmuşam, məsələn, şizofreniya”, Mikaela Testa etiraf edib.