Ölüm haqdır və bir gün yaranan insan mütləq şəkildə bir gün gözlərini əbədi yumacaq.
Bunu hamımız dərk edirik və öz taleyimizlə barışırıq. Lakin amerikalı Sara Brautayqm bu vaxtadə neçə dəfələrlə ölüb-dirilib.
Sara müntəzəm olaraq ölür. Qız özü bir necə dəqiqədən sonra öləcəyini bilir və sağ qalmağa ümid edərək yaşayır. Gənc yaşlı Sara həkimlərin rəsmi olaraq ölü adlandırdıqları vəziyyətlə üz-üzə qalır. O, ildə onlarla kliniki ölüm keçirib.
İl ərzində bu ölümlərin sayı 36-ya kimi yüksəlir. Taxikardiyanın nadir növündən əziyyət çəkən qızda hər şey tutmalarla başlayır - ürək qəfildən sürətlə döyünür, təzyiq qalxır, nəfəs ritmi pozulur və ürək dayanır. Qız nəfəs almır.
"Bəzən insanlar klinik ölüm zamanı tunel, işıq gördüyünü deyirlər. Lakin mən nəfəs almasam da, ürəyim döyünməsə də ətrafımda danışılanları eşidirəm".
Nadir sindromdan əziyyət çəkən qız hər dəfə vəziyyətində dəyişiklik hiss edən kimi klinikaya üz tutmağa çalışır. Hətta bir dəfə ölümünü videoya çəkməyi də təklif edib. O, düşdüyü vəziyyətdən həkimlər və tələbələrin çıxış yolu axtarıb tapması üçün bu addımı atıb.
Xəstəliyinə baxmayaraq, Sara hamı kimi fəal həyat tərzi keçirməyə çalışır.