Gündəlik istifadə etdiyimiz qayçının QISA TARİXİ  - FOTO
07 may 2021 04:18 (UTC +04:00)

Gündəlik istifadə etdiyimiz qayçının QISA TARİXİ - FOTO

Sizcə qayçı ilk dəfə niyə icad edilmişdir? Parça, kağız və ya saç kəsmək üçünmü? Xeyr!

Lent.az xarici KİV-ə istinadən gündəlik istifadəmizdə olan qayçıların qısa tarixini təqdim edir:

İlk qayçı qədim dövrlərdə - 3000 ildən çox əvvəl yaradılıb. İlk dəfə qayçıdan qoyun qırxmaq üçün istifadə edilib.

1. İlk qayçının dizaynı hazırda qoyun qırxımı üçün istifadə edilən “qırxılığ”a bənzəyirdi.

Arxeoloqlar tərəfindən aşkar edilən ən qədim qayçı Misirdə tapılıb. Bu, eramızdan əvvəl XVI əsrə aid edilir.

Ножницы: краткая история повседневного инструмента

2. Orta Şərqdə yaşayan sənətkarlardan biri iki bıçağı birləşdirərək halqavari tutacaqlar əlavə edib. Həmin qayçı hazırda işlətdiyimiz dizayna çox yaxın idi.

O vaxtdan bəri qayçı öz görkəmində qalmaqdadır. Zamanla, yalnız qayçı tutacaqlarının forması dəyişdi. O dövrün qayçıları sadəcə, bədii döyməli bəzəklərlə fərqlənirdi.


Ножницы: краткая история повседневного инструмента

Arxeoloji tapıntılara görə, qayçı Avropaya X əsrdə gəlib çatıb.

Müasir Rusiya ərazisində tapılan ən qədim qayçı Smolenskinin Qnezdovo kəndi yaxınlığındakı eyniadlı kurqanında tapılıb.

3. Zamanla qayçı işlənmə xüsusiyyətlərindən asılı olaraq müxtəlif növlərə bölünməyə başladı: tibbi, bərbər, manikür, təsərrüfat işləri, həmçinin, siqar kəsmək və s.


Ножницы: краткая история повседневного инструмента

4. Bundan başqa, qayçılar tarixən hər ölkədə fərqli şəkildə istifadə edilib. Məsələn, Fransada qazların başı, İngiltərədə otlaq sahə və s. bu alətlə kəsilirdi. Almaniyada avtomobil qəzalarında avtomobilin dəmir detallarının kəsimində istifadə üçün polad qayçılar yaradıldı.

 

Hətta qızıl və gümüş materiallardan qayçılar bəzək əşyaları kimi də göz oxşayı. 

Bir sözlə, bu faydalı vasitə bir neçə əsr əvvəl olduğu kimi, bu gün də insanlar üçün əvəzolunmaz bir alət olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Rəsul SARI

Oxşar yazılar