Güllələnən keçmiş prezidentin xüsusi təyyarəsi satıldı
31 may 2021 08:12 (UTC +04:00)

Güllələnən keçmiş prezidentin xüsusi təyyarəsi satıldı

Rumıniyanın keçmiş prezidenti Nikolae Çauşeskunun şəxsi təyyarəsi hərraca çıxarılıb və 120 min avroya satılıb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Rombac 1-11 model təyyarəsindən Çauşesku rəsmi səfərlər üçün 1986-cı ildən 1989-cu ilədək istifadə edib. Çauşesku 1989-cu ildə edam olunmazdan əvvəl son səfərini də bu təyyarədə İrana etmişdi.

Keçmiş pilotun sözlərinə görə, təyyarədə Rumıniya liderinin həyat yoldaşı ilə nərd oynadığı bir yataq otağı və ofisi var.

Təyyarəni hərraca “Romavia” dövlət aviasiya xidməti çıxarıb. 2014-cü ildə iflas edib və indi bütün aktivlərini satır.

Alıcılar Çauseskudan sonrakı prezident İon İlieskunu da təyyarəsini ala bilərlər. Start qiyməti 25 min avrodur.

Nikolae Çauşesku müxtəlif statuslarda Rumıniyaya 1965-ci ildən 1989-cu ilədək rəhbərlik edib. Onun idarəçiliyi dövlət çevrilişi ilə başa çatıb. 

Çauşeski qaçmağa cəhd etsə də, yaxalanıb, tribunala verilib və arvadı ilə birlikdə güllələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar