Dünyanın ən uzun çimərliyi - İnsanlara 54 saat vaxt verilir
14 sentyabr 2023 11:00 (UTC +04:00)

Dünyanın ən uzun çimərliyi - İnsanlara 54 saat vaxt verilir

"Praia do Cassino" çimərliyi planetin ən uzun dəniz çimərliyidir və Braziliyadan Uruqvayla sərhədə qədər uzanır. "Rio Grande" liman şəhərindən başlayır. Bu çimərliyin sahil xətti Braziliyanın ən cənub nöqtəsi olan Çui axınına qədər uzanır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Praia do Cassino"nun uzunluğu mənbədən asılı olaraq bir qədər dəyişə bilər. Buna baxmayaraq, 230 kilometr uzunluğunda hesab olunur. Bura su idmanı, təbiət və çimərlik tətillərini sevənlər arasında çox populyardır. Bununla belə, macəra axtaranlar üçün çimərlik həm də "ekstremal ultra-marafon"da iştirak etmək üçün unikal fürsət təqdim edir.

Belə ki, "Extremo Sul Ultramarathon" 226 kilometrdən çox uzanan çimərlikdə iştirakçılara bu məsafəni qət etmək üçün cəmi 54 saat vaxt verilir. Bu, iştirakçıların fiziki dözümlülüyü üçün ciddi sınaqdır.

Qeyd etmək lazımdır ki, Yer kürəsinin ikinci ən böyük dəniz çimərliyi Avstraliyanın cənub-şərqində, uzunluğu 194 kilometr olan Coorong Milli Parkındakı çimərlikdir. Planetin ən qısa çimərliyi İspaniyadadır və uzunluğu cəmi 40 kilometrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Fidan İlqar

Oxşar yazılar