Meksika təmsilçisi Andrea Mesa “Dünya gözəli” müsabiqəsinin qalibi olub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, mərasim ABŞ-ın Florida ştatında keçirilib.
İlk beşlidə Braziliya, Dominikan, Hindistan və Perudan olan qızlar da var.
26 yaşlı Andrea Mesa müsabiqə tarixində qalib gələn üçüncü meksikalıdır. O, bundan əvvəl, 2017-ci ildə “Meksika gözəli” və “Dünya vitse gözəli” mükafatlarını qazanıb. 2020-ci ildə isə “Mexicana Universal 2020”i müsabiqəsində qalib gələrək “Dünya gözəli”nə bilet alıb.