ABŞ-ın Minnesota ştatının sakini ən uzun dırnaqlı qadın kimi rekordu təzələyərək Ginnes Rekordlar Kitabına adını yazdırıb.
Diana Armstronq 25 ildir dırnaqlarını uzadır. əlıindəki ən uzun dırnaq 140, ən qısa dırnaq 109 santimetrdir.
O bildiurib ki, 16 yaşlı qızının ölümündən sonra dırnaq uzatmağa başayıb.
“O mənə manikür edən tək insan idi. Öldüyü gün də mənə manikür etmişdi. Ondan sonra onun əli toxunan dırnaqları kəsməyə əlim gəlmədi və beləcə dırnaqlarımı uzatmağa başladım”,- deyə o bildirib.
Bu qədər uzun dırnaqla özü ilə məşğul olmaq, yerdən nəyisə qaldırmaq çox çətindir. Çıxış yolu olaraq Diana ayaq barmaqlarından istifadə edir. Lakin avtomobil idarə etməkdən imtina etməli olub.
Diana manikür salonlarına 4-5 ildən bir getdiyini bildirib. Onun dırnaqlarını rəngləmək üçün 15-20 flakon boya, yonmaq üçün isə dülgər rəndəsi tələb olunur.