Deputatlığa namizəd seçicilərinə tabutdan  ÇAĞIRIŞ ETDİ  - VİDEO
09 aprel 2021 19:56 (UTC +04:00)

Deputatlığa namizəd seçicilərinə tabutdan ÇAĞIRIŞ ETDİ - VİDEO

Meksikada deputatlığa namizəd Karlos Mayorqa çox qeyri-adi bir seçki kampaniyası təşkil edib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, siyasətçi kiçik vətəni Xuares şəhərində tabuta uzanıb. Tədbir, lazım olduğu kimi, həzin musiqi, çiçəklər və yas mərasimi kimi keçirilib.

Beləliklə, Mayorqa seçicilərə səlahiyyətlilərin həm "ölü şəhər"i və həm də bölgənin inkişafı ilə maraqlanmadığını göstərmək istəyib. Ancaq namizəd seçicilərin ona səs verəcəyi təqdirdə hər şeyin dəyişəcəyini vurğulayıb.


“Mən Karlos Mayorqayam və siyasətçilərin laqeydliyindən ölən Meksikanın Syudad-Xuares sakinlərindən bir milyon yarımdan biriyəm”, - meksikalı deyib. 

Tədbirin sonunda o, tabutdan çıxıb və seçicilərə şəhəri dirildəcəyini vəd edib. Üstəlik, seçki vədlərini yerinə yetirmədiyi təqdirdə özünün diri-diri basdırılmasını istəyib.


 

Deputatlığa namizəddən seçicilərinə tabutdan müraciət

# 1926
avatar

Oxşar yazılar