Bəşəriyyət yaranandan BU QƏDƏR  qızıl hazil edilib
09 aprel 2023 07:47 (UTC +04:00)

Bəşəriyyət yaranandan BU QƏDƏR qızıl hazil edilib

Qızıl qiymətli metaldır. Ondan həm zinət əşyaları düzəldilir, həm də istehsal və texnologiyada istifadə olunur. Qızıl hətta insan orqanizmində də mövcuddur. Lakin biz onu heç də o qədər çox hasil etməmişik.

Əlbəttə, təxminən bütün tarixi dövrlərə aid ən iri qızıl külçə və bu qiymətli metaldan unikal zinət əşyaları haqqında əhvalatları dinləyəndə belə qənaətə gəlmək olur ki, biz Yer kürəsində inanılmaz dərəcədə böyük miqdarda qızıl hasil etmişik. “IFLScience” yazır ki, bu, heç də belə deyil.

Tədqiqatçılar aşkar ediblər ki, indiyədək tapılan bütün qızıllar tərəflərin ölçüsü 23 metrə bərabər olan “kiçik” kuba yerləşə bilər. Bu, təqribən kriket oynamaq üçün meydanın uzunluğu qədərdir. Bununla yanaşı, bu “kiçik” kub Azadlıq heykəlindən 8 dəfə ağır çəkiyə bərabər olardı.

Lent.az bu barədə xarici ölkə KİV-lərinə istinadla xəbər verir.

Məlumdur ki, bəşər tarixi ərzində təxminən 187 min ton qızıl hasil etmək mümkün olub. Ümumilikdə 244 min tona yaxın qızıl tapılıb. Bu metalın özünün demək olar ki, məhv olmama və təkrar emal üçün yararlı olma kimi fövqəladə xüsusiyyətləri sayəsində bütün bu miqdar indiyədək mövcuddur.

Hər il 2,756 tondan 3,307 tonadək qızıl çıxarılır, bunun 30 faizi Cənubi Afrikanın mədənlərinin payına düşür. Hazırda qızılın ən iri hasilatçısı məhz Çindir, ən iri qızıl istehsal edən kompleks isə Nevadada “Barrick Gold” şirkətinin qızıl mədənləridir. Orada ildə 99223 kiloqram qızıl əldə etmək olur.

Hələ də torpaq altında qalan qızıl ya metalın hazırkı qiymətləri nəzərə alınmaqla hasil olunması iqtisadi cəhətdən sərfəli olan “ehtiyat” kimi ölçülür, yaxud da onların iqtisadi cəhətdən sərfəli olub-olmaması və ya daha yüksək qiymətə satılmasını müəyyən etməkdən ötrü əlavə tədqiqatlar tələb edən “ehtiyatlar” kimi müəyyən edilir.

ABŞ-nin Geoloji Xidməti bu ehtiyatları təxminən 57 min ton dəyərləndirir, yəni aşkarlanan qızılın təxminən 20 faizi hələ hasil olunmalıdır. Lakin texnologiyalarda irəliləyiş və yeni hasilat üsulları işi sadələşdirir və qiymətli metalın aşkarlanması üçün daha böyük imkanlar yaradır.

Bu isə resursların hasilatını daha qənaətcil edir, yəni biz Yer kürəsindəki qızılın hamısını yaxın illərdə çətin ki, hasil edərik.

Məsələn, Antarktidadakı yataqların böyük miqdarda avadanlığa ehtiyacı var və qitənin sərt iqlimi də hasilat üçün risk daşıyır. Bundan başqa, qızıl okeanın dibində yerləşir, lakin onu çıxarmaq üçün etibarlı üsul olmadıqda, hasilat dəyəri qoyulan vəsaiti heç vaxt doğrultmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Oxşar yazılar