Söçidə yaşayan balıqçının internetə yerləşdirdiyi nəhəng ovu hər kəsin marağına səbəb olub.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Qara dənizdən tutulan kambala cinsli balıq 18 kilo ağırlığındadır.
Videoda göründüyü kimi, nəhəng olduğuna görə ovçu balığı tək əli ilə saxlaya bilmir.
İzləyicilər şərh bölümündə ovu heç də müsbət qiymətləndirməyib. Çoxları yazıb ki, balığda ətdən daha çox kürü var. Hətta balığa yazı gələnlər də olub, onun dərhal suya buraxılmasını xahiş ediblər.
Həmin videonu təqdim edirik: