Azərbaycanda yaşamış ibtidai insanların nəhəng əmək aləti-FOTO
01 fevral 2023 22:49 (UTC +04:00)

Azərbaycanda yaşamış ibtidai insanların nəhəng əmək aləti-FOTO

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında çoxtəbəqəli Azıx paleolit düşərgəsinin bütün təbəqələrində tapılmış daş məmulatı qorunur. 

Lent.az-ın xəbərinə görə, bunların arasında 1974-cü ildə mərhum arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyasının Azıx mağarasının VIII təbəqəsində aşkar etdiyi 3 ədəd 4-5 kq ağırlığında nəhəng daş alətlər diqqəti daha çox cəlb edir. Bu cür alətlər şərti olaraq giqantolit (yəni çox böyük daş) və ya çoppinq-giqantolit adlandırılır. Hazırda bu daşlardan biri muzeyin arxeologiya fondunda mühafizə olunur.

Azıx düşərgəsinin ən aşağı təbəqələrindən tapılmış çoppinq tipli bu maraqlı və nadir əmək aləti mağara sakinlərinin iki əllə yaxşı tutub istifadə etdikləri ilk alətlərdəndir.

Eksponat muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Oxşar yazılar