Albinizimin gətirdiyi xoşbəxtlik: Ailəsi onu tərk etmişdi... - FOTOLENT
07 may 2021 23:25 (UTC +04:00)

Albinizimin gətirdiyi xoşbəxtlik: Ailəsi onu tərk etmişdi... - FOTOLENT

Dünyada 20000 insandan 1-i albinizm adlanan genetik xəstəlik ilə doğulur.

Albinizm, dəri, saç və gözlərdə əmələ gələn bir piqment olan melanin çatışmazlığından qaynaqlanan xəstəlikdir. Bütün etnik və irqi qruplarda rast gəlinir və piqmentasiya səviyyəsi növünə görə dəyişə bilər.

Albinoslar, xüsusən Afrika və Asiyada hələ də qərəzli qarşılanır. Çində albinizm lənət və ya ağır bir sosial- iqtisadi yük olaraq qəbul edilir, buna görə albinoslar tərk edilir. Onlar normal bir uşaqlıq yaşamaqdan məhrumdular.

Xueli də onlardan biridir. Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bu qız təxminən 16 il əvvəl Çində bir yetimxanaya atılır. O, digərləri kimi deyildi. Lənətlənmişdi sanki. Fərqli görünüşü onun gələcəyinin olmamasından xəbər verirdi. Əlbəttə, onun ailəsi belə düşünürdü.

Xoşbəxtlikdən 3 yaşında olarkən Xuelini hollandiyalı Abbing ailəsi övladlığa götürüb və Hollandiyaya aparılıb. Onun 11 yaşı olarkən artıq modellik etməyə başlamışdı. Bu gün dünyanın ən məşhur fotoqrafları və moda sənayesindəki böyük markaları ilə işləyir.

Albinos kimi doğulmaq ona şöhrət gətirmişdi. Eyni zamanda... Eyni zamanda da bir qədər narahatlıq.

Xueli yalnız 10 faiz görmə qabiliyyətinə sahibdir. Buna görə gözləri parlaq işığa son dərəcə həssasdır. İşığa baxa bilmədiyi üçün əksər fotolarda gözləri bağlı görünür.

Gözləri açıq vəziyyətdə yalnız bir və ya iki fotoşəkil çəkə bilər. Ancaq fotolardan da gördüyünüz kimi,  qız o qədər fotogen və orijinaldır ki, gözləri qapalı olduqda belə füsunkar görünür.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar