Ən uzun müddət öpüşmə rekordu ilbəil yenilənməkdədir.
Lent.az xəbər verir ki, sonuncu dəfə rekord Sevgililər Günü Tailandda qırılıb.
Pattaya sahilində toplanan 14 cütdən 7-si 2009-cu ildə Almaniyada qeydə alınan son rekord yenilənib. 32 saat 7 dəqiqə 14 saniyəlik ən uzun öpüşmə Guinnesin Rekordlar kitabında liderliyə yüksəlib.
Rekord sınağı zamanı cütlər yalnız tualet ehtiyacı olduqda ayrıla bilib, lakin onların oturmalarına və uzanmalarına icazə verilməyib.