26 yaşlı Bekki Koks kazinoda çalışır. İki uşaq böyüdür. Lakin bu illər ərzində sevgisini tapa bilməyib...
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kişilərə olan inamsızlığı Bekkini qeyri-adi evliliyə sövq edib.
Bu evlilik heç də birdən-birə olmadı...
Bekki günün çox hissəsini bir il əvvəl aldığı xalçaya qulluqla keçirirdi, hər gün təmizləyir, müxtəlif yuyucu vasitələrlə ona qulluq edir, sığal çəkirdi. Hətta bir gün xalçasına ad qoyaraq onu Met deyə əzizlədi.
Dostlar onun xalçaya olan sevgisini görüncə, sonunda Metlə evlənəcəyini zarafatla deyirdilər.
Elə belə də oldu.
Bir gün Bekki Metə aşiq olduğunu dedi və toy tədarükünə başladı. Bir saat davam edən toy mərasimi evindən aralıda yerləşən “Independent Fitters” xalça mağazasında baş tutdu. Mağaza “cütlüyə” toy hədiyyəsi olaraq, Metin “son nəfəsinədək” bəs edəcək qədər yuyucu məhsullar bağışladı.
Bekki indi özünü xoşbəxt hiss edir. Öz dilindən eşidək: “Metlə daha da aludə oldum. Uşaqlar yatanda tez-tez yanında uzanıb içimdəki düşüncələrimi ona danışıram. Mən subay bir anayam, o, mənim sirdaşım oldu. Bundan xoşbəxt ola bilmədim...”.
Gənc xanım Metə qarşı sadiq qalacağından da danışıb: “Söz vermişəm ki, heç vaxt onu üstünə ayaq basmayacağam”.