Böyük Britaniyanın "ən pis atası" kimi tanınan 37 yaşlı kişi 15 fərqli qadından 16 uşağı olduğunu etiraf edib və övladları üçün məsuliyyətdən yayınmağa çalışıb.
Lent.az xarici mediaya istinadən xəbərə verir ki, haqqında bəhs edilən Keit MakDonald 15 yaşında ilk dəfə ata olub.
Onun daimi işi yoxdur və hətta aliment ödəməmək üçün öz ölümünü simulyasiya etməyə çalışıb. Cinsi münasibətdə olduğu qadınlar ilə birlikdə prezervativin qadınları narahat etməsinə inanaraq, ondan istifadədən imtina edib.
“Bu, mənim günahım deyil - düşündüm ki, onların hamısı doğuşa nəzarət həbləri qəbul edir. Qızlar mənim yanıma gəlməyə hələ də davam edirdilər” - o deyib.
Kişi 20 yaşında olanda artıq altı uşaq atası idi. 2011-ci ildə doqquzuncu övladına görə məsuliyyətdən yayınmaq üçün öz ölümünü saxtalaşdırmağa cəhd edib. İndi o, 2015-ci ildə tanış olduğu 6 yaşlı oğlunun anası ilə münasibətini bərpa etmək qərarına gəlib.