İlhamənin xəyanətdə günahlandırdığı keçmiş nişanlısı danışdı
18 sentyabr 2015 13:39 (UTC +04:00)

İlhamənin xəyanətdə günahlandırdığı keçmiş nişanlısı danışdı

 “Azad Azərbaycan” telekanalının aparıcısı İlhamə Bədəlovanın bir neçə gün öncə keçmiş nişanlısı barədə söylədiyi fikirlər cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, aparıcının keçmiş nişanlısı birgə çəkilmiş fotolarını paylaşaraq bu şərhi yazıb: “Sənsizlik ölüm qədər acıdır. Varlığın yaşamaq qədər müqəddəs, sən isə nəfəs qədər önəmli, canım qədər dəyərlisən. Haqqını halal et, sevdiyim. Mən sənin sevginə layiq ola bilmədim”.

 

Qeyd edək ki, İ. Bədəlova bir neçə gün öncə Lent.az-a açıqlamasında xəyanətə görə, yenidən bir araya gəlməyəcəklərini açıqlamışdı:  “Nişanımı qaytarmışamsa, səbəbi var. Ayrılığımın əsl səbəbi onun dəfələrlə xəyanət etməsi olub. İl yarım nişanlı olduq. Nişanlı qaldığımız dövrdə  mənə xəyanət etdi, bağışladım. Amma sonuncu xəyanətini keçə bilməzdim. Hətta toy gününü müəyyən edib, restoran danışmışdıq. Toyum üçün restorana verdiyim beh də batdı. Yenidən bir araya gəlməyimiz isə mümkünsüzdür. Mən uşaq deyiləm, 36 yaşım var. Nə etdiyimi çox yaxşı bilirəm. Mən də istəyərdim ki, gözəl ailəm olsun. Amma alınmadı, qismət. Barəmdə də kim harda nə yazırsa, məni maraqlandırmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Yalçın UĞUR

Oxşar yazılar