Müğənni Xatirə İslam sosial şəbəkədə ailə fotolarını paylaşıb. Lent.az-ın məlumatına görə, anası və övladı ilə gəzintiyə çıxan ifaçı şəkilə “Ayda ildə bir dəfə gəzməyə çıxmışıq” şərhini yazıb. Müğənnin bu fotoları maraqla qarşılansa da, həyat yoldaşını öpərkən çəkdirdiyi şəkil birmənalı qarşılanmayıb. Bir çoxları ona xoş şərhlər yazsalar da neqativ rəylər yazılanlar da olub.
Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan X.İslamın həmin evlilikdən Emil adlı oğlu var.