Üç azərbaycanlı "O səs Türkiyə"dən uzaqlaşdırıldı
09 yanvar 2017 01:01 (UTC +04:00)

Üç azərbaycanlı "O səs Türkiyə"dən uzaqlaşdırıldı

“O səs Türkiyə” yarışmasında çıxışları ilə hər kəsi özünə heyran edən Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev mübarizəni dayandırıblar.

 

Axşam.az-ın məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova bildirib.

 

“Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi bilirsiniz.  Kiçik bir iradımı qəbul edin. Son vaxtlar mətbuatımızda "O səs Türkiyə" yarışması ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki,  nəticəsi xoş olmadı. Həmin müsabiqədən dəyərli səs sahibləri Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər istedadlı iştirakçılar uzaqlaşdırıldı. Halbuki, münsiflər yalvararaq onları komandalarında görmək istədiklərini bildirmişdilər. Düşünürəm ki, onlar siz yazdığınız haqlı iradların əvəzini istedadlı gənclərdən çıxdılar. Canları sağ olsun. Təki, Türkiyə yaşasın, başı bəla görməsin. Təki, dərd yarışma dərdi olsun. Türkiyə, nə olursa olsun, Azərbaycan sizinlədir”, - deyə ifaçı qeyd edib.

 

Qeyd edək ki, yarışmaçıların növbəti mərhələdə uduzması və ya hansı səbəbdən çıxarılması bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar