64 yaşlı İbrahim Tatlısesin üçüncü dəfə nikah masasına oturacağı haqda iddialar hələ də gündəmdədir.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, 2011-ci ildə silahlı hücuma məruz qalarkən İbrahimin yanında olan və yaralanan Damla Çakıcı ilə evlənməsi gözlənilən ifaçı son günlər görünüşü ilə təəccübləndirib.
Yenikapı mitinqində arıqlaması ilə diqqət çəkən ustad sənətçinin yeddi kiloqram arıqladığı bəlli olub. O, "Hər şey sevgilinizə görədir" sualına "Hə" cavabını verib.