Türkiyəli müğənni Tarkanın həyat yoldaşı Pınar Dilek burnundan əməliyyat olunub.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, burnundakı əti kəsdirən Pınara estetik müdaxilə də edilib.
Tarkan xəstəxanada xanımını bir dəqiqə də tək qoymayıb. Xəstəxananın estetik əməliyyat olan mərtəbəsində Dilek üçün otaq ayrılıb. Otağa Tarkan üçün ayrı bir yataq da qoyulub.
İfaçı 2 gün həyat yoldaşının yanında yatıb. Cangüdən isə iki gün otağın qapısından kənara çəkilməyib.
Pınarın əməliyyat xəbərinin yayılmasını istəməyən Tarkan onu xəstəxanada başqa adla qeydiyyatdan keçirib. Müğənni ötən gün xəstəxanadan çıxma sənədlərini imzalayarkən görüntülənib.