Tanınmış teleaparıcı Mariya Sittel 5-ci dəfə ana olacaq.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı aparıcı artıq hamiləliyinin 4-cü ayındadır. Bu barədə Mariya özü mətbuata açıqlama verib. “Rosiyya 1” kanalının tanınmış siması hələ ki, televiziyadakı işini dayandırmaq niyyətində deyil. Mariya artıq 15 ildir ki, adıçəkilən kanalda “Xəbərlər” proqramının aparıcısıdır.
Qeyd edək ki, Mariya Sittel iş adamı Aleksandr Tereşenko ilə ailəlidir. Onların 3 övladı - 6 yaşlı İvan, 4 yaşlı Savva və 13 yaşlı Nikolay adlı uşağı var. Mariyanın ilk nikahından isə 21 yaşlı Darya adlı qızı var.