Türk xalq musiqisinin məşhur səsi Belkıs Akkalenin qardaşı dünyasını dəyişib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı ifaçının qardaşı Mahmut Akkale uzun müddətdir ağır xəstəlikdən əziyət çəkirmiş.
Sənətçinin yaxınları və dostları xəbəri eşidən kimi ona başsağlığı vermək üçün evini ziyarət ediblər.
M.Akkalenin cənazəsi sabah “Levent” məscidində günorta namazından sonra “Yeniköy” qəbristanlığında dəfn ediləcək.