Tanınmış aktyor daha bir otel açacaq
21 avqust 2016 15:08 (UTC +04:00)

Tanınmış aktyor daha bir otel açacaq

Amerikalı aktyor Robert De Niro Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində butik-otel tikəcək. Bunun üçün müvafiq icazəni Vesminster şəhər şurası verib.

 

Lent.az buro247.az-a istinadən xəbər verir ki, "Wellington" otelində 83 nömrə, spa-salon, restoran, qapalı klub və ticarət məkanı olacaq. Aktyor artıq uzun illərdir ki, burada otel tikdirməyi arzulayırdı. Kovent-Qarden rayonunda yerləşəcək otelin tikintisinə gələn ildən başlanılacaq, açılışı isə 2019-cu ilə planlaşdırılıb.

Bu, məşhur aktyorun sayca ikinci oteli olacaq. De Niro Nyu-Yorkda yerləşən "Greenwich" otelinin sahibidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar