“Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə-gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqramın bu gün 1 yaşı tamam olur. Bu günki proqramda il ərzində “Gülə-gülə” verilişində qonaq olan məşhurlar bir araya yığışacaqlar.
Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır.
Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.
Verilişin informasiya tərəfdaşı Lent.az-dır.