Snup Doqun konsertində qəza: 42 yaralı
07 avqust 2016 08:00 (UTC +04:00)

Snup Doqun konsertində qəza: 42 yaralı

Məşhur repçi Snup Doqun Nyu Cersi ştatının Kamden şəhərindəki konsertində dəmir barmaqlıqlar tamaşaçıların üzərinə aşıb.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra böyük izdiham yaşanıb və bu zaman 42 nəfər xəsarət alıb.

 

Yaralılar yaxınlıqdakı 5 xəstəxanaya yerləşdirilib.

 

Gözlənilməz hadisə səbəbindən konsert yarımçıq dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297

Oxşar yazılar