Rusiyalı müğənni Stas Pyexa ciddi münasibətə hələ ki, hazır deyil.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, özünü yaradıcılığa həsr etmək qərarına gəlib.
Model həyat yoldaşından bu səbəbdən ayrılan ifaçı oğlunun tərbiyəsi ilə də məşğul olur.
Stas Pyexa şəxsi həyatını hər zaman mətbuatdan gizlətməyə çalışır. 35 yaşlı müğənni oğlu Pyotrla olan fotosunu paylaşıb. Ailəsi ilə münasibətinin yaxşı olduğunu deyən Stas daha heç kimlə münasibət qurmaq istəmədiyini söyləyib. Buna baxmayaraq cütlüyün rəsmi şəkildə boşanıb-boşanmadığı bəlli deyil.