Bank saxtakarlığı, çirkli pullar və İrana qarşı tətbiq edilən ABŞ sanskiyasını pozmaq iddiası ilə Mayamidə həbs edilən cənubi azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin əri Rza Zərrabdan xəbər var.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Nyu-Yorkda ittiham olunması gözlənilən iş adamı Atlanta Federal Həbsxanasında keçiridyi 6 gecədən sonra “Oklahoma City” Federal Həbsxanasına köçürülüb. Bununla da Atlantadan 1220 kilometr uzaqlıqda olan Nyu-York məsafəsi R.Zərrabın Oklahamaya aparılmasından sonra 2333 kilometrə çatıb.
Xatırladaq ki, Rza Zərrab Atlanta həbsxanasına Floridadan köçürülmüşdü.