Müğənni Elariz Məmmədoğlu rəqqasə Fatimə Fətəliyevanı yalan danışmaqda günahlandırıb. Lent.az-in məlumatına görə, sənətçi “Düzünü desək” verilişində “Göyçək Fatimə” ləqəbini ona özünün verdiyini bildirib: “15 il əvvəl çalışdığım restorana bir xanım gəldi ki, rəqqasə olmaq istəyirəm. Adını soruşdum, dedi “Fatimə Fətəliyeva”. Cavab verdim ki, gəl, sənə “Göyçək Fatimə” ləqəbini qoyaq. Toyların birində gördüm ki, plov gətirir. Onu “Göyçək Fatimə” kimi təqdim etdim. Həmin gündən adı elə qaldı. Bir gün “ATV Maqazin” verilişində ona sual verdilər ki, “Göyçək ləqəbini sizə kim verib?”. Həmin gün ad gününü qeyd edən sənətkarın adını çəkdi. Fatimə düz danışmadı. Sonra məclisdə üz-üzə gəldik. Soruşuram ki, “Yadında ilk dəfə sənə bu ləqəbi mən vermişəm. Niyə başqasının adını çəkirsən?”. Qayıtdı ki, “Onun ad günüdür da, nə edim?”. Fatimənin söhbəti mənə təsir etmişdi”.

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08