57 yaşında dünyasını dəyişən müğənni Prinsin ölümü haqda ilk açıqlama verilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, evində ölü halda tapılan ifaçının cəsədi tibbi ekspertizaya göndərilib. Müstəntiq Cim Olson Prinsin intihar etməsi və öldürülməsi ehtimalının olmadığını deyib:
“İntihar etməsini düşünmək üçün hər hansı bir səbəb yoxdur. Bədənində zərbə izləri də aşkarlanmayıb. Hələlik bəzi tibbi testlər aparılır. Dəqiq cavabların açıqlanması həftələrlə çəkə bilər”.
Qeyd edək ki, Prinsin meyiti bu gün ailəsinə təhvil veriləcək. Müğənni evinin liftində ölü halda tapılıb.