44 yaşlı türk müğənni və aktyor Özcan Dəniz evlənməyə hazırlandığı, özündən 21 yaş kiçik sevgilisi Buse Narcıdan ayrılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütülüyün arasındakı böyük mübahisə ayrılıqla bitib.
Ö.Dəniz sosial mediada “olmayacaq insanlarla omayacaq xəyallar qurduğum üçün ən çox özümdən üzr istəyirəm” mesajı yazaraq B.Narcıya göndərmə edib:
“Bəzi insanlar şəxsiyyətlərində çatışmayan cəhətlərlə üzləşməkdənsə, başqalarının məsumluğuna dil uzatmağı seçərlər. Və hər zaman həyatlarında uduzan olarlar”.
Qeyd edək ki, martda cütlüyün ayrılıq xəbərləri çıxmış, B.Narcı boynuna həkk etdirdiyi Özcan Dəniz adını sildirmişdi. Lakin, daha sonra onlar barışaraq Yunan adalarına səyahətə getmişdilər.