Nuri Sərinləndirici ailə qurur?
29 iyun 2015 11:54 (UTC +04:00)

Nuri Sərinləndirici ailə qurur?

Müğənni Nuri Sərinləndiricinin ailə qurması xəbəri yayılıb. Lent.az-ın məlumatına görə, bildirilir ki, ifaçı Ramazan ayında hər kəsdən gizli saxladığı xanımla rəsmi nikaha daxil olacaq.

 

Məlumatı dəqiqləşdirmək üçün ifaçının layihələrinin  rəhbəri Lider telekanalının aparıcısı Lamiyyə Ələkbərqızı ilə əlaqə saxladıq. O, isə məsələni bu cür izah etdi: “İyunun 29-u Nuri Sərinləndirici komandası üçün çox əlamətdar gündür. Çünki bu gün bizim Nurinin dünyaya göz açıb. Tam səmimiyyətimlə deyirəm, onun evlənəcəyi haqda xəbərin yayılması bizdən çox heç kimi sevindirə bilməzdi. Onun anasının ən böyük arzusu oğlunu evləndirməkdir. Amma çox əfsus ki, bu yalnış məlumatdır”.

 

L.Ələkbərova onu da əlavə etdi ki, N.Sərinləndirici iki yeni mahnısını təqdim edib: "Bir neçə saat bundan əvvəl Nurinin rəsmi “Youtube” səhifəsində bəstəkar Aynur Adilqızının müəllifi olduğu iki yeni mahnı dinləyicilərə təqdim olunub. "Sanmışdım" adlı bəstəsinin sözləri Leyla Əliyevaya, "Duyğularım" əsərinin söz yazarı isə şairə Zeynəb Ədalətqızıdır. Bilirəm ki, Nurisevərlər hər iki mahnını rəğbətlə qarşılayacaqlar”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar